ABŞ-də mühəndis iki il həmkarını zəhərləyib, cəmi bir gün həbsdə yatıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.
ABŞ-nin Kaliforniya ştatında mühəndisin qadın həmkarını təxminən iki il ərzində zəhərlədiyi bildirilir. Qadın bu müddətdə qusma, saç tökülməsi və digər sağlamlıq problemlərindən əziyyət çəkib.
O, müxtəlif xəstəxanalara müraciət etsə də, həkimlər xəstəliyin səbəbini müəyyənləşdirə bilməyiblər. Hətta müalicə üçün Çinə də gedib.
Nəticədə qadın gizli kamera alaraq iş yoldaşının suya naməlum maddə qatdığını görüntüləyib.
Aparılan analiz zamanı suda kadmium aşkarlanıb. Məlumata görə, maddənin miqdarı normadan 3,5 milyon dəfə çox olub.
İllər sonra təqsirləndirilən şəxs istintaqla razılaşmaya gedərək cəmi bir gün həbs cəzası alıb və iki il şərti cəzaya məhkum edilib.
Hazırda o, məhkumluğunun ləğv edilməsinə çalışır. Zərərçəkmiş qadın isə hadisənin unudulmaması üçün gizli kameranın görüntülərini sosial şəbəkələrdə paylaşır.
Xuraman Etibarlı
İnterpress.az






