Oğru bahalı kompüterlər oğurladığını DÜŞÜNDÜ: Boş qutularla QAÇDI – VİDEObackend

Oğru bahalı kompüterlər oğurladığını DÜŞÜNDÜ: Boş qutularla QAÇDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də oğru onlarla Mac mini kompüterini oğurladığını düşünüb, amma qutular boş çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

ABŞ-nin Arizona ştatında ofisə girən oğru hər birinin qiyməti 1900 dollara qədər olan Mac mini kompüterlərinin qutularını oğurlayıb. Lakin onun bilmədiyi bir məqam var idi: əməkdaşlar hadisədən bir neçə gün əvvəl bütün kompüterləri qutulardan çıxararaq yaxınlıqdakı masaya düzmüşdülər.

Oğru qutuların içini yoxlamadan onları götürərək hadisə yerindən uzaqlaşıb. Nəticədə kompüterlər yerində qalıb, oğru isə boş karton qutularla kifayətlənib.

Beləliklə, oğurluq edən şəxs bahalı texnika əvəzinə, əslində, makulatura aparmış olub.

Xuraman Etibarlı

İnterpress.az