Rusiyada “qiyamət günü” məlumat mərkəzləri yaratmaq TƏKLİF OLUNDUbackend

Rusiyada “qiyamət günü” məlumat mərkəzləri yaratmaq TƏKLİF OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada rəqəmsal xidmətləri qorumaq üçün “qiyamət günü” məlumat mərkəzləri yaratmaq təklif olunur.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“Rostelekom” şirkətinin direktor müavini Valeri Yermakov rəqəmsal xidmətlərin qorunması məqsədilə xüsusi ehtiyat məlumat mərkəzlərinin yaradılmasını təklif edib.

Onun sözlərinə görə, belə mərkəzlər pilotsuz uçuş aparatlarının hücumları və genişmiqyaslı texniki nasazlıqlardan sonra rəqəmsal xidmətlərin fəaliyyətini qısa müddətdə bərpa etməyə imkan verəcək.

Yermakov bildirib ki, əvvəllər rəqəmsal infrastruktur qurularkən əsas diqqət iqtisadi səmərəliliyə yönəldilirdi. Lakin yeni təhdidlər fonunda infrastrukturun planlaşdırılmasında təhlükəsizlik və dayanıqlılıq amilləri də nəzərə alınmalıdır.

Xuraman Etibarlı

İnterpress.az