Mask və Tramp Ukraynanı canavarların pəncəsinə atır.
İnterpress.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” və “The Economist” nəşrləri yazıb.
“The Telegraph” qəzetində dərc olunan məqalədə Vaşinqtonun Ukraynaya münasibəti sərt tənqid olunub.
Nəşrin yazdığına görə, son hadisələr fonunda bir çox ukraynalı ABŞ-nin B-52 bombardmançılarının Vladimir Putinlə birlikdə Kiyevi bombalamağa az qaldığını düşünür.
Məqalədə həmçinin İlon Maskın “Starlink” sisteminin fəaliyyətinə məhdudiyyətlər tətbiq etməsi fonunda Ukraynada onun artıq düşmənlər sırasında görülə biləcəyi qeyd olunur.
“The Economist” jurnalının məlumatına görə isə Ukrayna kəşfiyyatının nümayəndələrindən biri ABŞ Prezidenti Donald Trampın 1939-cu ildə hakimiyyətdə olacağı təqdirdə, Almaniya nasistlərinin lideri Adolf Hitlerlə müttəfiq ola biləcəyini iddia edib.
O, həmçinin Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə bağlı sərt və ironik müqayisə səsləndirib.
Britaniya nəşrlərinin materiallarında yer alan bu fikirlər müəlliflərin və müsahibə verən şəxslərin qiymətləndirmələridir.
Xuraman Etibarlı
İnterpress.az






