Tramp İranın nüvə anlaşmasına toxunaraq deyib: \”Biz iranlılara 150 milyard dollar qaytardıq və əvəzində heç nə almadıq. Biz neçə ildən sonra deyil, bu anlaşma barədə onlarla müzakirələrə başlamazdan öncə öz məhbuslarımızı azad etməli idik.
Bizim axmaq liderlərimizin axmaqcasına siyasətlərlə gördükləri iş nəticəsində İran artıq İraqın nəzarətini ələ almağa hazırlaşır.
Nüvə anlaşması spetrində iranlılar hər şeyi özlərinə aid etmək istəyirlər. İllər boyu İran və İraq bir-biri ilə müharibədə idilər, amma biz onlardan birini aradan götürdük və bilmirik ki, indi orada nə baş verəcək.
Siz hazırda görürsünüz ki, bu işin nəticəsində mühacirlər bizim ölkəmizə və bütün Avropa ölkələrinə axışıblar.
İnterpress.az