Səhv ayağı kəsilən qadının oğlanları həkimi DÖYDÜ – VİDEObackend

Səhv ayağı kəsilən qadının oğlanları həkimi DÖYDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda şəkərli diabet xəstəsinin qanqrena olan sol ayağının yerinə sağlam olan sağ ayağını kəsən Angioloji və Mikrocərrahiyyə Mərkəzinin cərrah həkimi Valeh Kərimov onunla bağlı səsləndirilən iddialara münasibət bildirib.

V.Kərimov açıqlamasında faktı təsdiqləyib və səhv etdiyini etiraf edib:

“Xəstə çox ağır idi. Hər iki ayaq işemiya fonunda qanqrena olub. Birində proses çox dərin idi. Yəni, çürümə çox idi. Digərində isə proses hələ yeni başlayıb.

Hər iki ayaq kəsilməli idi. Sol ayaq amputasiya olunmalı idi, mən sağ ayağı əməliyyat etmişəm. Uşaqlarını da başa salmışam.

Onun həyatını xilas etmək üçün ani olaraq mexaniki səhv səbəbindən belə bir hadisə oldu. Onsuz da iki-üç gün sonra həmin ayaq da kəsilməli idi. Övladlarına dedim ki, əsas odur ki, ananız sağdır. Elə xəstəm olub ki, iki ayağı bir həftə müddətində kəsilib. Hadisədir də, başıma gəlib. Amma bir daha vurğulayıram ki, hər iki ayaq onsuz da kəsilməli idi. Sadəcə bunun geci-tezi var idi”.

V.Kərimov Yasamal Rayon Polis İdarəsinə çağırıldığını da deyib.

Səhv ayağı kəsilən qadının oğlanları həkimi DÖYDÜ - VİDEO

“Hazırda işdə deyiləm, mərkəzə (xəstəxana nəzərdə tutulur – \”Report\”) yaxın dura bilmirəm. Xəstənin yaxınları mənə hücum çəkib, hətta biri məni vurub, işdə də dağıntılar ediblər.

Xəstənin oğlanlarından biri mədənidir və məni başa düşdü. Onlar bilirdi ki, hər iki ayaq əməliyyat olunmalı idi, əks halda analarının 3-4 günlük ömrü qalacaqdı”, – deyə, cərah əlavə edib.