AzNews.az xəbər verir ki, xüsusən Ukrayna dairəsi istiqamətində olan yollarda bir neçə dəqiqədir, tıxac yaranıb. Dövlət Yol Polisi əməkdaşları dairə istiqamətində hərəkət edən avtomobillərin hərəkətinə məhdudiyyət qoyub.
Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov yolların bağlı olmasına aydınlıq gətirib: “Xətai rayonunda bir neçə yerdə dövlət əhəmiyyətli tədbir keçirilir. Bu səbəbdən yollarda avtomobillərin hərəkətinə müəyyən məhdudiyyətlər qoyulub və sıxlıq yaranıb. Lakin təxminən 15-20 dəqiqədən sonra bütün yollarda hərəkət bərpa olunacaq”.
İnterpress.az