Bakıda baş verən kütləvi dava ilə bağlı cinayət işi başlanılıb.
İnterpress.az-ın məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisənin digər iştirakçılarının axtarışları davam etdirilir.
11:31
Bakıda kütləvi dava olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb.
Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, bu xəbər ilk olaraq oxu.az saytında yayılıb. Məlumata görə, hadisə Xətai rayonu ərazisində baş verib. Bir nəfərin öldüyü bildirilir.






