Moskvada qadın sevgilisinin onu tərk edəcəyindən qorxaraq 8 günlük körpəsini küçəyə atıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Moskvanın Zelenoqrad rayonunda sakinlər yaşayış binasının yaxınlığında səkkiz günlük oğlan uşağı tapıblar. Körpənin əynində yalnız kombinezon olub.
Araşdırma nəticəsində uşağın 27 yaşlı anasının şəxsiyyəti müəyyən edilib. Qadın doğum evindən çıxdıqdan sonra körpəni küçədə qoyduğunu bildirib.
O, bu addımı birlikdə yaşadığı kişinin onu tərk edəcəyindən qorxduğu üçün atdığını deyib.
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, əcnəbi qadın ölkəyə giriş qaydalarını pozub və barəsində inzibati protokol tərtib edilib.
Həkimlər körpəni müayinə etdikdən sonra onu sosial müəssisəyə yerləşdiriblər.
Xuraman Etibarlı
İnterpress.az






