Qaradağ Rayon Polis İdarəsindən verilən məlumata görə, 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da Bakı şəhər sakini Samir İbrahimova məxsus evdən 40 000 ABŞ dolları və 6156 manat pul oğurlayan Masallı rayon sakini Səlim Ağayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. (apa.az)
İnterpress.az