Moskvada arvadını sevgilisi ilə tutan kişi rəqibinin boğazını kəsib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Moskvada həyat yoldaşını başqa kişi ilə yaxalayan İqor adlı şəxs qəzəblənərək əlinə keçən əşya ilə ona hücum edib.
Dava zamanı kişi rəqibinin boyun nahiyəsinə zərbə endirib və onun yuxu arteriyasını zədələyib.
Hadisədən sonra şübhəli qan içində olan yaralını mənzildən çıxararaq binanın dəhlizinə sürüyüb, daha sonra isə qadınla birlikdə mənzilə qapanıb. O, həyat yoldaşına xəsarət yetirməyib.
Polis əməkdaşları qapını sındıraraq mənzilə daxil olub və şübhəlini saxlayıblar.

Xuraman Etibarlı
İnterpress.az






