Abxaziyada oteldə kütləvi zəhərlənmə hadisəsi baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Abxaziyada yerləşən “İzumrud” otelində təxminən 30 rusiyalı turistdə eyni bağırsaq infeksiyasına xas simptomlar müşahidə olunub.
Turistlər qusma, ishal, yüksək hərarət və güclü halsızlıqdan şikayət edirlər. Bəzi şəxslərdə xəstəliyin kəskin mərhələsi keçdikdən sonra belə bir neçə gün ərzində qarın ağrıları davam edir.
Otelin qonaqlarından biri bildirib ki, qohumları ilə istirahətə gəlib və oteldə qaldıqları ikinci gecə hamısında eyni əlamətlər yaranıb.
Onun sözlərinə görə, sonradan xəstəxanada turistlərə oteldə bağırsaq çöplərinin aşkarlandığı bildirilib.
Turistlər oteldə suyun keyfiyyətindən də narazıdırlar. Onların iddiasına görə, krandan çirkli su axır.
İnfeksiyanın dəqiq səbəbi hələlik məlum deyil. Qonaqlar ürəkbulanma və ishal hallarından şikayət etməyə davam edirlər.
Xuraman Etibarlı
İnterpress.az






