Ermənistanda iki tanınmış biznesmenə qarşı CİNAYƏT İŞİ AÇILDIbackend

Ermənistanda iki tanınmış biznesmenə qarşı CİNAYƏT İŞİ AÇILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda iki iri biznesmen barəsində cinayət işi açılıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” Baş Prokurorluğa istinadən məlumat yayıb.

Ermənistanda “88” supermarketlər şəbəkəsinin sahibi Narek Nalbandyan və ölkənin ən böyük ekspeditor şirkətlərindən biri olan “Spayka”nın sahibi David Kazaryan barəsində cinayət işi başlanıb.

Narek Nalbandyan xüsusilə külli miqdarda əmlak zərəri vurmaq məqsədilə rəqabətə zidd fəaliyyət göstərməkdə ittiham olunur.

David Kazaryana isə eyni ittihamla yanaşı, külli miqdarda hədə-qorxu ilə tələb etmə ittihamı da irəli sürülüb.

Məlumata görə, sentyabrda Ermənistanın baş naziri Nikol Paşinyan brifinq zamanı Nalbandyanın adının mediada onun ailəsi ilə yaxın münasibətlər kontekstində tez-tez hallanmasına münasibət bildirib.

Paşinyan iş adamının bu barədə yayılan söz-söhbətləri təkzib etməməsinin onu qıcıqlandırdığını deyib.

Bundan başqa, David Kazaryan barəsində Rusiyada da cinayət işi açıldığı bildirilir.

O, Rusiyaya meyvə-tərəvəz tədarükü zamanı milyonlarla vəsaiti mənimsəməkdə ittiham olunur.

Xuraman Etibarlı

İnterpress.az