Çin Britaniyaya ETİRAZ ETDİ: Vətəndaşların saxlanılmasından NARAZIDIRbackend

Çin Britaniyaya ETİRAZ ETDİ: Vətəndaşların saxlanılmasından NARAZIDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Britaniyaya vətəndaşlarının saxlanılmasına görə etirazını bildirib.

İnterpress.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Ciakun məlumat verib.

Pekin Britaniya polisinin Çin vətəndaşlarına qarşı hərəkətləri ilə əlaqədar Londona kəskin etirazını bildirib.

Çin XİN-in nümayəndəsi Quo Ciakun bildirib ki, Çin vətəndaşları Britaniyaya daxil olarkən və ölkədən çıxarkən uzun müddət saxlanılma, ətraflı yoxlamalar və elektron cihazlarının müsadirə olunması ilə üzləşirlər.

Pekin Britaniya tərəfini Çin vətəndaşlarının qanuni hüquqlarına hörmət etməyə çağırıb və onların maraqlarını qorumaq üçün tədbirlər görəcəyini bəyan edib.

Bundan əlavə, Çin Yaxın Şərqə, Fars körfəzi və Qırmızı dəniz bölgələrinə xüsusi nümayəndələr göndərəcək.

Onlar maraqlı tərəflərlə təmaslar quracaq, dialoqun inkişafına və gərginliyin azaldılmasına kömək edəcək, həmçinin münaqişənin daha da genişlənməsinin qarşısını almağa çalışacaqlar.

Xuraman Etibarlı

İnterpress.az