Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Binəqədi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 41 yaşlı Zümrüd Qasımova yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. ( apa )
İnterpress.az