Şirkətin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Məhəmməd Nihadın sözlərinə görə, hazırda Əsəd ordusunun sıralarında 70 min İran döyüşçüsü var.
3 ay davam edən araşdırma zamanı Hələb və Dəməşqdəki qüvvələrin 60 faizinin şiələrdən ibarət olduğu bildirilib.
“Şiələrin ölkəmizdə 12 hərbi bazası var. İran Suriya, Yəmən və Bəhreyni şiələşdirməyə çalışır. Hazırda ölkəmiz İranın dəstək verdiyi şiə işğalı altındadır. Onların əsas hədəfi Əsəd rejimini devirib, şiəliyin hakim olduğu ölkə formalaşdırmaqdır. Bunu hətta Əsədə yaxın zabitlər də təsdiqləyir”, – Məhəmməd Nihad deyib. (axar.az)
İnterpress.az