Oktyabrda itkin düşən kişinin meyiti polietilen torbadan ÇIXDIbackend

Oktyabrda itkin düşən kişinin meyiti polietilen torbadan ÇIXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Moskvada polietilen torbada zorakılıq əlamətləri olan kişi meyiti tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Yeni Moskvanın Ryazanovskoye qəsəbəsində polietilen torbada kişi meyiti aşkarlanıb. Meyitdə zorakılıq əlamətlərinin olduğu bildirilir.

İlkin məlumata görə, mərhum oktyabrın sonunda Moskvanın cənubunda itkin düşüb.

İstintaqın ilkin versiyasına əsasən, ona xəsarətləri tanışı yetirmiş ola bilər.

Hadisə ilə bağlı araşdırma aparılır, meyitin şəxsiyyəti və ölümün digər halları dəqiqləşdirilir.

Xuraman Etibarlı

İnterpress.az