Kiyev yaxınlığında 40-a yaxın şəxsin zirzəmidə girov saxlanıldığı bildirilir.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Ukrayna mediasının məlumatına görə, Kiyev yaxınlığında silahlı naməlum şəxslər təxminən 40 nəfəri binanın zirzəmisində girov saxlayır.
Girovların kim tərəfindən və hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil.
Hadisə yerində olan qadınlardan biri bildirib ki, hərbi hissəni özbaşına tərk etmiş sevgilisi zirzəmidə saxlanılır və onun azad edilməsi müqabilində pul tələb olunur.
Məlumata görə, polis əməkdaşlarının və tibb işçilərinin binaya daxil olmasına icazə verilmir. Girovlardan birinin öldüyü ehtimal edilir.
Hadisənin təfərrüatları və bu məlumatların rəsmi təsdiqi barədə hələlik açıqlama yoxdur.
Xuraman Etibarlı
İnterpress.az






