Avstraliya qurbağalara qarşı 20 milyon dollarlıq HASAR TİKİRbackend

Avstraliya qurbağalara qarşı 20 milyon dollarlıq HASAR TİKİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyada qurbağalara qarşı 20 milyon dollarlıq hasar çəkiləcək.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Avstraliyada zəhərli qamış qurbağalarının yayılmasının qarşısını almaq məqsədilə 20 milyon dollar dəyərində xüsusi maneə inşa ediləcək.

Layihə çərçivəsində ümumi sahəsi 7 500 kvadratkilometr olan ərazi hasarla əhatə olunacaq.

Maneənin məqsədi ölkədə ekosistemə zərər vuran və zəhərli ifrazatları ilə digər heyvanlar üçün təhlükə yaradan qurbağaların yayılmasını məhdudlaşdırmaqdır.

Xuraman Etibarlı

İnterpress.az