Donetskdə sevgilisinin evini yandıran kişi iki nəfərin ölümündə ittiham olunur.
İnterpress.az xəbər verir ki, hadisə Donetsk Xalq Respublikasının ərazisində baş verib.
Məlumata görə, kişi sevgilisinin hamilə olduğu barədə yalan danışdığını öyrəndikdən sonra qəzəblənərək onun yaşadığı evi benzinlə töküb və yandırıb. Həmin vaxt evdə qadının qızı və iki yaşlı nəvəsi olub.
Bildirilir ki, kişi ezamiyyətdə olduğu müddətdə sevgilisinə pul göndərib. Geri qayıtdıqdan sonra aldadıldığını öyrənən şəxs yanğın törədib.
Şübhəli şəxs iki nəfərin qətli maddəsi ilə saxlanılıb. O, əvvəlcə hadisədə iştirakını inkar etsə də, sonradan yanğını qəsdən törətdiyini etiraf edib.
Xuraman Etibarlı
İnterpress.az






