Rusiyada sığınacaqda beş il əvvəl öldüyü ehtimal edilən üç nəfərin skeletləri tapılıb.
İnterpress.az xəbər verir ki, hadisə Primorsk diyarının Lesozavodsk şəhərində baş verib.
Məlumata görə, mütəxəssislər ölçmə aparmaq və obyekti kadastr uçotuna almaq məqsədilə bomba sığınacağının qapısını açarkən üç nəfərin insan qalıqlarını aşkar ediblər.
Skeletlər otaqlardan birində olub: ikisi çarpayıda, digəri isə döşəmədə yerləşib.
İlkin ehtimala görə, ölənlər əkiz qardaşlar Yuri və Dmitri, eləcə də onlardan birinin 39 yaşlı həyat yoldaşı Natalyadır. Qadın 2022-ci ildən itkin düşmüş şəxs kimi axtarışda olub.
Mütəxəssislər ölümün təxminən beş il əvvəl baş verdiyini ehtimal edirlər. Şəxsiyyətlərin və ölüm səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






