Ermənistanda 9 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi “Armenia Today” nəşrinə məlumat verib.
Aparan–Aştarak avtomobil yolunda baş verən və 9 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.
İş yol hərəkəti qaydalarının pozulması və ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma maddəsi ilə araşdırılır.
Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən, təqsiri sübuta yetirilən şəxsi 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Xuraman Etibarlı
İnterpress.az






