Rusiyanın Leninqrad vilayətində canavar sürüsü insanlara və ev heyvanlarına hücum edir.
İnterpress.az xəbər verir ki, bu barədə yerli sakinlər məlumat yayıblar.
Anna adlı yerli sakinin sözlərinə görə, canavarlar əsasən itlə gəzən insanlara hücum edirlər.
Qadın tanışı və uşaqları ilə birlikdə olarkən canavarın hücumuna məruz qalıb.
Onlar əlindəki paketlə heyvanı qovmağa çalışıblar. Nəticədə ev heyvanını xilas etmək mümkün olub, canavar isə qaçıb.
Bundan başqa, yırtıcıların itlə gəzən digər qadınları da təqib etdiyi, hətta canavarlardan birinin yaşayış binasının girişinə girdiyi bildirilir.
Yerli sakinlər aidiyyəti qurumların hadisələrə reaksiya verməməsindən narazıdırlar.
Onlar uşaqlarının və ev heyvanlarının təhlükəsizliyindən narahatdırlar.
Xuraman Etibarlı
İnterpress.az






