Meşədə QORXULU ANLAR: Ayı ovçuya hücum edərək üzünü YARALADIbackend

Meşədə QORXULU ANLAR: Ayı ovçuya hücum edərək üzünü YARALADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Perm diyarında ayı ovçuya hücum edərək üzünü və əllərini parçalayıb.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiyanın Perm diyarının Yelovo dairəsində meşədə ayı ovçuya hücum edib. Ağır bədən xəsarətləri alan kişi dərhal xəstəxanaya yerləşdirilib.

Məlumata görə, bir qrup ovçu meşədə sığın ovlayarkən itin hürməsi qış yuxusunda olan ayını oyadıb. Yuxudan ayılan yırtıcı qəflətən ovçunun üzərinə atılaraq onun əllərini dişləyib və caynaqları ilə üz nahiyəsinə ağır zədələr yetirib.

Yaralı şəxsi yırtıcının diqqətini yayındıran ov iti və ayını sərrast atəşlə öldürən digər ovçu xilas edib.

Xuraman Etibarlı

İnterpress.az