AvstriyaKarin Kneisslı vətəndaşlıqdan məhrum etmə prosesinə başlayıb
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Avstriyanın sabiq xarici işlər naziri Karin Kneissl ölkə rəhbərliyinin onu Avstriya vətəndaşlığından çıxarmaq üçün rəsmi prosedura başladığını bəyan edib.
Sabiq nazir rəsmi Vyana tərəfindən atılan bu addımı siyasi qisas və təzyiq kimi dəyərləndirib.
Qeyd edək ki, 2017–2019-cu illərdə Avstriya diplomatiyasına rəhbərlik etmiş Knaysl bir müddətdir Rusiyada yaşayır və Sankt-Peterburq Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “G.O.R.K.I.” analitik mərkəzinə rəhbərlik edir.
Xuraman Etibarlı
İnterpress.az






