Məlumata görə, Ştaynmayer iyunun 29-u axşam erməni həmkarı Edvard Nalbəndyanla danışıqlar aparacaq, Ermənistan prezidenti Serj Sərkisyanla görüşəcək.
Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, nazirin görüşlərində əsas mövzu Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun himayəsi altında nizamlanması məsələsi olacaq.
Frank-Valter Ştaynmayer iyunun 23-də Berlində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü zamanı Dağlıq Qarabağa səfər etmək niyyətində olduğunu bildirmişdi. (ans)
İnterpress.az