Türkiyə Rusiyaya vurulan \”Su-24\” təyyarəsinə görə təzminat ödəyə bilər. Məlumata görə, bunu TRT telekanalının \”TRT haber\” proqramında Türkiyənin baş naziri Binali Yıldırım deyib.
\”Proses faktiki olaraq başlayıb. Bu gün, sabah, bəlkə də, çərşənbə, bəlkə də, cümə Putin ilə prezident Ərdoğan arasında telefon danışığı baş tutacaq. 6 ayda baş verənləri baş verməmiş kimi qəbul edib harada qalmışdıqsa, elə oradan yola davam edəcəyik\”.
Baş nazir deyib ki, Türkiyə tərəfi ötən gün Rusiyaya göndərilən məktubda təəssüfünü ifadə edib. \”Gərək olarsa təzminat verəcəyimizi, münasibətlərin normala dönməsini arzu etdiyimizi ifadə edirik. Bu, təktərəfli yox, qaraşılıqlı iradədir\”.
Binali Yıldırım – Türkiyənin baş naziri
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 27-də Rusiya prezidenti Vladimir Putinə məktub ünvanlayaraq vurulan \”Su-24\” təyyarəsinə görə üzrxahlıq edib və Moskva ilə Ankaranın strateji tərəfdaş olduğunu bildirib.
\”Rusiya hərbi təyyarəsinin vurulmasına görə təəssüflənirəm. Həyatını itirən rus pilotun ailəsinə bir daha kədərlərini paylaşdığımı, başsağlığı vermək istədiyimi bildirmək istəyirəm, inciməsinlər\”, – deyə məktubda bildirilir.
Ötən il noyabrın 24-də Suriya ilə sərhəddə \”Su-24\” rus təyyarəsinin vurulmasından sonra Rusiya-Türkiyə münasibətləri soyumuşdu. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranmışdı. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış etmişdilər.
İnsidentdən sonra Rusiya Türkiyəyə qarşı bir sıra iqtisadi sanksiyalar tədbiq edib, təktərəfli viza sistemini bərpa edib. (ans)
İnterpress.azhttps://youtube.com/watch?v=KPBkaWeXP-w