Radionun direktorunu öldürdülərbackend

Radionun direktorunu öldürdülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici mediadan verilən xəbərə görə, bu haqda Latın Amerikası jurnalistlər federasiyası məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Alvaro Aseytuno quldurların hücumu zamanı aldığı bir neçə güllə yarası ilə yerləşdirildiyi Koatepeke bələdiyyəsinin hospitalında dünyasını dəyişib. Güllələrdən biri onun başına dəyib.

Radiostansiyada xəbərlər proqramını aparan Aseytunoya hücumun səbəbi hələ ki məlum deyil, polis araşdırma aparır.

Bu artıq 2016-cı ilin əvvəlindən Qvatemalada öldürülən dördüncü KİV işçisidir. (modern.az)

İnterpress.az