Azərbaycanda saxta pul kəsən qrup zərərsizləşdirildibackend

Azərbaycanda saxta pul kəsən qrup zərərsizləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayon ərazisində fəaliyyət göstərən Ceyhun Mütəllimova məxsus mağazaya 70 manat saxta əsginas verib ərzaq məhsulları alan Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Mövlan Fərhadov, İsmayıllı rayon sakinləri – 1980-ci il təvəllüdlü Təvəkkül İsmayılov, 1963 -cü il təvəllüdlü Eybalı Eybalıyev və 1987-ci il təvəllüdlü Emin Soltanov tutulublar.

Onların üzərinə baxış keçirilərkən 4 ədəd 100, 3 ədəd 50, 2 ədəd 20, 2 ədəd 10, 1 ədəd 5 və 6 ədəd 1 manatlıq saxta əsginas aşkar edilərək götürülüb.

Habelə Təvəkkül İsmayılovun yaşadığı Gəndov kəndindəki evə baxış zamanı oradan 2 ədəd 100, 10 ədəd 50 və 5 ədəd 20 manatlıq saxta əsginas, çap qurğusu və digər çap avadanlıqları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. (apa.az)

İnterpress.az