Metroda kondisioner məsələsinə birdəfəlik aydınlıq gətirildibackend

Metroda kondisioner məsələsinə birdəfəlik aydınlıq gətirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstər vaqonlarda, istərsə də platformalarda nəfəs almaq çətinləşir, tər iyi baş çatladır. Hətta bəzən havasızlıqdan, istidən ürəyi gedənlər, bayılanlar da olur.
Düzdür, ədalət naminə demək lazımdır ki, sərnişinlərin bu nəfəs və qoxu imtahanını asanlaşdırmaq üçün son illər \”Bakı Metropoliteni\” tərəfindən müəyyən işlər görülüb. Məsələn, yeni, kondisionerli vaqonlar alınıb, havalandırma sistemində yeniliklər edilir. Lakin hamı bilir ki, bu yetərli deyil. Elə \”Bakı Metropoliteni\”nin rəhbərliyinin özü də.

Bununla bağlı \”Bakı Metropoliteni\” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev kondisionerli vaqonlarla bağlı bəzi məsələlərə aydınlıq gətirib:
\”Hazırda metroda yalnız son aldığımız 3 qatarda kondisioner sistemi var. İndi istifadədə olan köhnə qatarlarda isə kondisionerlərin quraşdırılması mümkün deyil. Çünki istehsalçı tərəfindən onlarda kondisionerlərin quraşdırılması nəzərdə tutulmayıb. Qatarlarda hansısa dəyişiklik edilməsi və ya əlavə quraşdırma işlərinin aparılması isə təhlükəsizlik baxımından məqsədə müvafiq deyil. Lakin istifadədə olan qatarların istismara yararlılıq müddəti bitdikdə gələcəkdə onlar xətlərdən çıxarılacaq. Onların yerinə isə indikindən də yaxşı və müasir, kondisionerlərlə təchiz olunmuş yeni qatarlar alınacaq\”.

N.Paşayev qeyd edib ki, Bakı metropolitenində havalandırma sisteminin müasirləşdirilməsi məqsədilə də işlər görülür, yeni ventilyatorlar quraşdırılır: \”Artıq 6 havalandırma ventilyatoru yeniləri ilə əvəz olunub. Hazırda sərnişinlərin həyatına təhlükə törədə bilən hər hansı hava çirkliliyi və ya mikroblar yoxdur. Bu məqsədlə yeni avadanlıqlar alınıb və daimi nəzarət həyata keçirilir. Düzdür, pik saatlarda metroda hava isti olur. Amma bu məhz bizdən asılı olan səbəblərdən baş vermir. Hazırda ventilyatorların işləməsi üçün yay rejimi tətbiq edilib, qrafik müəyyən edilib. Normal vaxtlarda ventilyatorla içərinin havası bayıra, çöldən isə içəriyə hava vurulur. Lakin havanın temperaturu 35 dərəcədən yuxarı olanda, o zaman biz bunu edə bilmirik və bayırdan içəriyə hava vurulmur. Sadəcə daxildə hava sirkulyasiyası təmin edilir\”.

Şöbə rəisinin sözlərinə görə, görülən bütün bu işlərin nəticəsində bu il metroda hava ötən ilə nisbətən daha yaxşıdır. (milli.az)

İnterpress.az