Nizamnamədə qeyd edilib ki, deputatlar hansı hallarda intizam tədbirlərinə cəlb oluna bilərlər.
Bu baxımdan gələcəkdə ola bilsin ki, biz bir çox dövlətlərin təcrübəsini öyrənəndən sonra ehtiyac yaranarsa, deputatların davranışına dair etik kodeksi də qəbul edə bilərik”.
Bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
O, bildirib ki, Milli Məclisin hazırki daxili nizamnaməsi daxili münasibətləri tənzimləyir, amma deputatlar üçün ayrıca etik davranış kodeksi qəbul oluna bilər:
“Milli Məclisin daxili nizamnaməsi parlament daxilində olan münasibətləri tənzimləyir. Amma deputatların etik davranış kodeksi ümumilikdə ölkədə daxilində və xaricində millət vəkillərinin etik davranış qaydalarını tənzimləyən bir sənəd olacaq”.
Komitə sədri qəbul olunacaq etika kodeksindən danışaraq deyib ki, ayrı-ayrı dövlətlərin bu sahədə olan təcrübələrini yaxından öyrənilir.
Siyavuş Novruzov deputatların etik davranış kodeksinin hazırlanmasına çoxdandır ki, başlanıldığını bildirib:
“Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində kodeksin hazırlanmasına başlanılıb. Lakin parlamentseçkiləri başladıqdan sonra bu məsələ bir müddət ləngidi.
Bu kodeksin hazırlanması ilə dövət qulluqçularının və digər qurumlardakı şəxslərə tətbiq olunan etik davranış kodeksi qaydaları deputatlara da şamil ediləcək”.
S.Novruzov Milli Məclisin növbədənkənar sessiyasının ötən həftə keçirilmiş son iclasında spiker Oqtay Əsədovla Zahid Oruc arasında yaşanmış mübahisəni ciddi problem saymayıb.
Xatırladaq ki, Milli Məclisin İntizam komissiyası bu gün həmin mübahisəni araşdıraraq, Z. Oruca irad bildirilib və şifahi töhmət elan edilib.
Qeyd edək ki, iyunun 24-də növbədənkənar sessiya çərçivəsindəki son iclasında spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında mübahisə yaranıb. Oqtay Əsədov Zahid Orucu iclası pozmaqda, nizam-intizama əməl etməməkdə ittiham edib.
İnterpress.az