Bakıda təhlükəsizlik tədbirləribackend

Bakıda təhlükəsizlik tədbirləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul şəhərindəki Atatürk Hava Limanında baş vermiş partlayışla əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanından qardaş ölkəyə uçuş səhər saatlarınadək təxirə salınıb. Məlumata görə, 100-dən çox insan İstanbula və oradan başqa ölkələrə uça bilməyib.

Onların arasında idmançılar çoxluq təşkil edir. Xüsusən, \”Kəpəz\”lə Avropa Liqası matçından qayıdan Moldovanın \”Daçiya\” komandası, Avrokubok oyunlarına təyinat alan azərbaycanlı hakimlər, Bakıdakı atıcılıq üzrə Dünya Kubokundan qayıdan Fransa yığmasının üzvləri və Malta \”Baltsan\”ı ilə Avroliqanın I təsnifat mərhələsinin ilk oyununa yollanan \”Neftçi\” klubunun nümayəndələri və jurnalistləri qeyd etmək olar.

Atatürk Hava Limanındakı hadisə zamanı idman ictimaiyyətinin nümayəndələri də orada olub. Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, \”Qəbələ\” Futbol Akademiyasının rəhbəri Halim Fıçıcı, \”CBC Sport\”un rəhbəri Volkan Üst, \”Bakı\” klubunun sabiq vitse-prezidenti Tunc Afşar və digərləri özlərini təhlükəsizlik şəraitində hiss etdiklərini bildiriblər. Bakı – İstanbul reysi ilə uçuş 02:30-a nəzərdə tutulmuşdu.

Bakıda təhlükəsizlik tədbirləri

Atatürk hava limanının önü
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında da təhlükəsizlik tədbirləri gücləndirilib. \”Report\” xəbər verir ki, hazırda hava limanının girişində bütün avtomobillər, ümumiyyətlə ərazi ciddi şəkildə yoxlanılır.

Minik və yük avtomobilləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanına xüsusi nəzarət altında, ciddi şəkildə yoxlanıldıqdan sonra buraxılır. Ərazidə xüsusi təlim görmüş itlər də gətirilib. Atatürk Hava Limanında baş vermiş partlayışla əlaqədar Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyəyə uçuş təxirə salınıb. (ans)

İnterpress.az