Bunu Azərbaycan Hava Yollarının (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
O bildirib ki, bu gün AZAL-a məxsus təyyarə Atatürk hava limanına uçuş həyata keçirib: “08:45-də bizim təyyarə cədvələ uyğun olaraq İstanbul hava limanına uçub, artıq hava limanı öz fəaliyyətini bərpa edib.
Cədvələ uyğun həmin təyyarə 13:20-də qayıtmalıdır. Bizim beynəlxalq uçuşlarda problem yalnız Atatürk hava limanı ilə bağlı olub, qalan heç bir aviareyslərdə problem olmayıb”.
P.Kəsəmənski həmçinin deyib ki, AZAL dünən axşamdan gücləndirilmiş iş rejimində çalışır.
İyunun 28-də İstanbul Atatürk Hava Limanında baş verən partlayışla əlaqədar Bakı vaxtı ilə saat 23:30-da Azərbaycan Hava Yollarına QSC (AZAL) məxsus təyyarə uçuşu təxirə salıb.(modern)
İnterpress.az