Türkiyə KİV-nin yaydığı məlumata görə, hava limanında təmizlik işləri davam edərkən bir tərəfdən də sərnişinlərin içəri buraxılmasına başlanıb.
Atatürk hava limanı xarici xətlər terminalında keçirilən bombalı terror hücumunun şiddəti gün ağaranda ortaya çıxıb. Asma tavanlar və şüşələr tökülüb qırıldığı partlayışda taksilərin də zərər çəkdiyi müşahidə edilib.
Hava limanı qapısında polislərlə toqquşan və vurulduqdan sonra özünü partladan canlı bombanın olduğu yerdəki beton partlayışın şiddəti deşilib və böyük bir dəlik yaranıb.
Təhlükəsizlik səbəbilə hava limanından çölə çıxarılan sərnişinlər isə səhər əsas qapıda keçirilən təhlükəsizlik nəzarətindən sonra yenidən içəri buraxılıb.
İçəri girən vətəndaşlardan Toğrul Əlili, axşam saat 09.00-dan bəri Bakıya uçuş üçün gözlədiyini bildirərk deyib: “İndi təyyarəyə minib-minməyəcəyəm bilmirəm”.
İnterpress.az