İstanbuldakı hücumun təfərrüatları və polisin panikaya düşməsi-VİDEObackend

İstanbuldakı hücumun təfərrüatları və polisin panikaya düşməsi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aeroporta üzərində bomba daşıyan 3 intiharçı-terrorçu hücum edib.

Onlardan biri sərnişinlərin yoxlanılaraq uçuş terminalına buraxıldığı X-Ray cihazına yaxınlaşaraq “İndi burada bomba partlayacaq” deyə qışqırıb. Bu zaman panikaya düşən insanlar terminalın çıxış qapısına doğru qaçmağa başlayıblar. Həmin vaxt girişdə olan iki terrorçu “Kalaşnikov” avtomalarını çıxararaq panika içərisində olan insan kütləsinə atəş açıb, daha sonra özlərini partladıb.

Bunun ardınca yaranmış panikadan istifadə edən üçüncü terrorçu X-Ray cihazından keçərək uçuş terminalına, insanların çox olduğu yerə doğru qaçmağa başlayıb. Bu zaman polislərdən biri onu tabel silahı ilə vurub, terrorçu yaralı halda daha bir neçə metr qaçıb və yerə yıxılıb. Terrorçuya atəş açıb yaralayan polis ona yaxınlaşıb, başı üzərində bir neçə saniyə dayanıb baxıb və yenidən atəş açıb intiharçını öldürmək əvəzinə qəfildən dönərək qaçıb.

Ardınca yaralı terrorçu özünü partladıb. Polisin terrorçunun üzərindəki bombanı görərək özünü itirdiyi və qaçdığı bildirilir. Əslində isə o, peşəkar davranıb yaralı terrorçunu öldürsəydi üçüncü partlayışın qarşısını almış olardı və nəticədə daha az insan itkisi yaşanardı.

Terror hücumlarının ssenarisi İŞİD-in bir neçə ay əvvəl Brüssel aeroportunda törətdiyi hücumların ssenarisi ilə eynidir. Və belə görünür ki, Türkiyənin təhlükəsizlik və xüsusi xidmət orqanları Brüssel hücumlarından sonra aeroportlarda təhlükəsizliyin gücləndirilməsinə dair yetərli tədbirlər görə bilməyiblər. (virtualaz.org)

İnterpress.azhttps://youtube.com/watch?v=cnQ2z7S3bgYhttps://youtube.com/watch?v=m77JNvbGomA