İŞİD terrorçuları Türkiyə ərazisində ABŞ-ın işğal etdiyi hərbi bazalarda Amerika hərbiçiləri tərəfindən hərbi təlimlər keçirdi. Eyni zamanda İraqda, Suriyada yaralanan terrorçular Türkiyənin bahalı klinikalarında pulsuz müalicə alırdı. Bu gün də vəziyyət belədir.
İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dünən İstanbulda baş verən terror aktını İŞİD terror təşkilatı öz üzərinə götürüb. 47 nəfərin ölümü, 160-a yaxın insanın yaralanması ilə nəticələnən terroru, Türkiyə iqtidarının bəslədiyi, bütün sərhədlərini üzünə taybatay açdığı İŞİD törədib və bunu etiraf edib.
Bu foto isə 2014-cü ildə çəkilib. Bura İstanbulun Ömerli adlanan ərazisidir. İŞİD terrorçuları təbiətin qoynunda istirahət edirlər. Bu toplantıda terrorbaşıları \”Cihad çağırışı\” etdi. Amma nədənsə Rəcəb Tayyib Ərdoğanın idarə etdiyi Türkiyə polisi İŞİD terrorçularının istirahətinə mane olmadı.
Bu gün isə həmin terrorçular Türkiyəni bir günlük matəmə qərq etdilər. Yüzlərlə ailəni gözüyaşlı qoydular. Kimdir müqəssir?
İnterpress.az