Bakıda qulluqçu ev sahibinin mənzilindən oğurluq edibbackend

Bakıda qulluqçu ev sahibinin mənzilindən oğurluq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Rayonun Polis İdarəsindən verilən məlumata görə, iyunun 20-dən 26-dək olan müddətdə Yasamal rayonunun M.Muxtarov küçəsində kirayədə yaşayan Ukrayna vətəndaşı Andrey Lisyukun evindən naməlum şəraitdə 5000 ABŞ dolları oğurlanıb.

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən orada qulluqçu işləyən, Bakı şəhər sakini Lamiyə Əliyeva tutulub. Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bakıda bir neçə gün əvvəl də qulluqçu işlədiyi evdən oğurluq edib. Xırdalan şəhəri 28-ci məhəllədə yaşayan Cəmilə Bayramova Abşeron polisinə məlumat verib ki, naməlum şəraitdə evindən 5 min manatlıq qızılı oğurlanıb. Polis çox keçməyib ki, şübhəli kimi zərərçəkmişin ögey anası və evdə xidmətçi işləyən Aidə Əliəskərovanı saxlayıb. Dindirmə zamanı qadın qızılları oğurlamazdan bir gün əvvəl paltarların arasında gördüyünü deyib.
Qadın şübhə doğurmasın deyə hissə-hissə oğurladığı qızılları eyni qayda ilə də yaşadığı Sumqayıt şəhərində dəyərindən ucuz qiymətə satıb.
Polis, qadının satdığı qızılları mağazalardan aşkar edərək götürüb. (ans)

İnterpress.az