Bu barədə məlumatı Türkiyənin “Anadolu” xəbər agentliyi yayıb.
Xəbərə görə, İŞİD-çi lərə qarşı əməliyyat xüsusi təyinatlı polis dəstələrinin başçılıq etdiyi əməliyyat qrupları tərəfindən həyata keçirilib.
İstanbulun Pendik, Başakşəhir və Sultanbəyli rayonları başda olmaqla bir sıra əvvəlcədən müəyyən edilmiş ünvanlarda axtarışlar aparılıb.
Əməliyyat nəticəsində saxlanılanların olduğu bildirilsə də hələ ki, terrorçuların şəxsiyyəti açıqlanmayuıb.
Xatırladaq ki, iyunun 28-də İstanbulda Atatürk hava limanında törədilən terror aktı nəticəsində 42 nəfər həyatını itirib, 250-yə yaxın insan yaralanıb.
Terroru törədən üç nəfərin Tacikistan vətəndaşı olduqları haqda məlumat da yayılıb.
Interpress.az