İsti yay günlәrinin qida menyusu:­ nә yeyәk?backend

İsti yay günlәrinin qida menyusu:­ nә yeyәk?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Havaların isti olması bir çox insanlarda iştahasızlıq yaradır ki, bunun әsl sәbәbi düzgün qidalanmamaqdı. Düzgün qidalanmağın isә 5 qızıl qaydası var: daha çox maye qәbul etmәk, rasionun kalori miqdarını azaltmaq, qidalanma saatını qabağa çәkmәk, sәhәr vә axşam yemәyini mütlәq yemәk vә daha çox vitamin, yәni meyvә tәrәvәz qәbul etmәk.

İsti havalarda bәdәnimizin nәm tarazlığı dәyişir vә daha çox su itiririk . Hәddindәn artıq istilәrdә qan qatılaşır. Buna görә dә isti havalarda qidalanmaya diqqәt etmәk lazımdır. Bu cür havalarda maye qәbulunu artırmaq, maye tәrkibli qidalara üstünlük vermәk lazımdır. Maye itkisinin qarşısını almaq üçün hәr saatda bir stәkan su içilmәlidir. Susuzluğu daha çox adi su vә ya şәkәrsiz (acı) yaşıl çay yatırır. Çox isti hava şәraitindә hәr 40­50 dәqiqәdәn bir 100­200 ml sәrin su (18­20°S) içmәk tövsiyә edilir.

Bundan başqa, soyuq doğramac vә ya qaspaçço kimi şorbalar da sizi hәm sәrinlәşdirәcәk, hәm dә orqanizminizi lazımlı rütubәtlә tәmin edәcәk. Yalnız ürәk­damar xәstәliklәri, hipertoniya, piylәnmәdәn әziyyәt çәkәn vә böyrәklәrindә problemi olan insanlara çox maye istifadә etmәk mәslәhәt deyil. İsti hava ­ orqanizm üçün әsl sınaqdır. Biz iştahın yoxluğundan әziyyәt çәkirik, amma yedikdәn sonra mәdәdә ağırlıq hiss edirik. Ekstremal isti hava şәraitindә orqanizmә normal işlәmәyә kömәk etmәk üçün diyetoloqlar qidalanma vaxtını dәyişmәyi mәslәhәt görürlәr ki, bu zaman әsas qida qәbulu daha çox günün sәrin vaxtına düşür.

Yemәk saatlarınızı sәhәr tezdәn 6:00­7:00­da, naharı gün qızmadan öncә 11:00­11:30­da, şam yemәyini isә 18:00­da qәbul edәsiniz. Ac qarnına yata bilmәyәnlәr isә 21:00­da yüngül qәlyәnaltı edә bilәrlәr. Sәhәr vә şam yemәyini yemәk çox vacibdir. Hәzmin nizamlı olması vә çәkinin normadan qalması baxımından vaxtında vә rejimli qidalanmanın әhәmiyyәti yüksәkdir. Hәdsiz isti havalarda qızartma yemәklәrindәn uzaq durmaq tövsiyә edilir. Bu cür havalarda qızartma yerinә qaynatma, öz suyunda vә ya az suda bişirmә kimi sağlam üsullar seçilmәlidir. Çünki yağlı qızartmalar vә xәmir yemәklәri bәdәndә yorğunluğa, baş ağrısı vә yüksәk tәzyiqә sәbәb olur. Ancaq tәrәvәz vә meyvә salatları, qarabaşaq vә düyü, kartof vә pәhriz şorbaları mәdәdә ağırlıq hissi yaratmır, bu sәbәbdәn onları günorta qәbul etmәk mәslәhәtdir. Belә karbohidratlar orqanizm tәrәfindәn asan mәnimsәnilir.

Әt yemәklәrini şam yemәyinә saxlamaq tövsiyә edilir, çünki sәrin havada onlar daha asan hәzm olunacaq. Yay aylarında bәdәn müqavimәtini artırmaq vә bәdәnin kifayәt qәdәr vitamin vә mineral almasını tәmin etmәk üçün gündә әn az 5 boşqab tәrәvәz vә meyvә yeyilmәlidir. Hәkimlәr yayda balıq yemәklәrindәn uzaq durmağı mәslәhәt görürlәr. Belә ki, tәrkibi sink, zülalla zәngin bu qida yayda qәbul edildikdә gec hәzm olunur vә bu maddәlәr mәdәdә çox qaldıqda zәhәrlәnmә ilә nәticәlәnir.

Tibb elmlәri doktoru, professor Adil Qeybulla isti havalarda yüngül qidalanmağın vacib olduğunu dedi: “Yayda nisbәtәn yüngül qidalanmaq lazımdır vә tәmiz su qәbuluna ciddi fikir vermәk lazımdır. Çünki hәtta artıq isti olanda hәm dәri sәthindәn, hәm dә ağ ciyәrlәr vasitәsilә bәdәndәn xeyli su utilizasiya olur, bәdәndәn xaric olur. Su ehtiyatları azaldığına görә qan qatılaşır, bәdәn mayelәrin konsetrasiyası artır vә nәticәdә bu mikrosirkulyasiya vә hәyati vacib funksiyalar zәiflәyir. Bunlar olmasın deyә su qәbuluna ciddi fikir verilmәlidir. Qida qәbulu nisbәtәn azalmalı, mәhdudlaşdırılmalıdır. Daha çox meyvә qәbuluna üstünlük verilmәlidir. Yay zamanı hәddәn artıq, xüsusәn dә saat 12­dәn 4­5­ә qәdәr günәş şüası altında dayanmaq mәslәhәt deyil. Ultra bәnövşәyi şüaların neqativ tәsirindәn bu dövrdә qorunmaq lazımdır.

Ümumiyyәtlә xәstә, yaşlı adamlar, qanının qatlaşmasında problemlәri olan şәxslәr su qәbuluna daha çox önәm versinlәr vә günü sәrin yerdә keçirsinlәr. Xüsusәn dә uşaqlar çünki uşaqların bәdәn tutumu, çәkisi az olduğuna görә su tutumu da azdır. Su buxarlanması onları pis vәziyyәtә sala bilәr. Ona görә dә bu mәsәlәlәrdә diqqәtli olmaq lazımdır. Kondisioneri dә aludә olmaq lazım deyil. Әgәr çbayırda çox yüksәk temperatur olanda evdәki kondisioner ona uyğun temperatura qoymaq lazımdır ki, nәmişliyi götürsün, nәfәs almanı normallaşdırsın. (musavat)

İnterpress.az