Çində məktəblilərə dərsdə diqqətlərini izləmək üçün süni intellektli baş lentləri taxdırılır.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Çin məktəblərində yeni texnologiya sınaqdan keçirilir – şagirdlərə beyin fəaliyyətini oxuyan sensorlarla təchiz edilmiş xüsusi lentlər taxdırılır.
Lentlərin göstəricisinə görə, qırmızı rəng tam diqqəti, mavi rəng isə şagirdin dərsdən yayınmasını göstərir.
Beləliklə, müəllimlər kimin dərsi diqqətlə dinlədiyini, kimin isə yayındığını öyrənə bilirlər.
Toplanmış məlumatlar yalnız müəllimlərə deyil, həm də şagirdlərin valideynlərinə göndərilir.
Bununla belə, sosial şəbəkələrdə şərh edənlər hesab edir ki, arxa partada oturan uşaqlar bu sistemdən yayınmağın yollarını tapacaq.
Xuraman Etibarlı
İnterpress.az