Ermənistanda hakimiyyət dəyişikliyi gündəmimizdədir.
İnterpress.az xəbər verir ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan barəsində məhkəmə iclası öncəsi açıqlama verib.
O bildirib ki, ölkədə hakimiyyət dəyişikliyi məsələsi mütəmadi olaraq gündəmdədir.
Sarkisyanın sözlərinə görə, hakimiyyətin uzaqlaşdırılmasının müxtəlif yolları mövcuddur.
“Bunun iki üsulu var – Nepal və fransız modeli. Xalqımıza hansını təklif etməliyik? Ən düzgün və optimal yol hökumətə və baş nazirə etimadsızlıq ifadə etmək, yəni impiçment elan etməkdir”, – Sarkisyan deyib.
Xuraman Etibarlı
İnterpress.az