Göyçayda törədilmiş dəhşətli qətlin təfərrüatlarıbackend

Göyçayda törədilmiş dəhşətli qətlin təfərrüatları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gecə saat 01:00 radələrində Göyçay şəhərinin Heydər Əliyev küçəsi, 24 saylı mənzildə qeydə alınıb.

Ağdam rayon sakini, 1991-ci il təvəllüdlü Sərxan Süleymanov həmin ünvanda yaşayan, 1963-cü il təvəllüdlü Kərimov Cəbrayıl İsmayıl oğlunu evində yatdığı yerdə qətlə yetirib. S.Süleymanov C.Kərimovu çoxsaylı bıçaq zərbələri endirməklə öldürüb.

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində S.Süleymanov saxlanılıb. Faktla bağlı Göyçay rayon Prokurorluğunda cinayət işi başlanıb.

Prokurorluqdan bildiriblər ki, hadisə səhvən törədilib. Bildirilir ki, Ağdam rayon sakini S.Süleymanov Göyçay şəhərinin Heydər Əliyev küçəsi, 24 ünvanında yaşayan C.Kərimovu deyil, Hüseynbala Əliyev 24 ünvanında yaşayan Orxan Quliyevi qətlə yetirmək məqsədilə Ağdamdan Göyçaya gəlib. Lakin S.Süleymanov Heydər Əliyev küçəsini Hüseynbala Əliyev küçəsi zənn edib həmin ünvana daxil olub və burada C.Kərimovu qətlə yetirib.

Hadisəyə səbəb isə 2 ay əvvəl Orxan Quliyevin Ağdam sakini S.Süleymanovun bacısını qaçırması olub. Bacısının qaçırılması ilə barışmayan S.Süleymanov O.Quliyevi öldürməyə qərarı verib və ünvanı səhv saldığından C.Kərimovun mənzilinə daxil olaraq onu qətlə yetirib. (trend)

İnterpress.az