Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edibbackend

Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin məlumata görə, məlumat əsasında Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İrandan Azərbaycana ərik yükü gətirən Azərbaycan vətəndaşının idarə etdiyi “Ford Tranzit” markalı yük avtomobili əsaslı şəkildə yoxlanılıb.

Yoxlama zamanı avtomobilin yük yerindəki ərik yeşiklərinin arasından, malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən 16 min ədəd siqaretlər aşkar edilərək götürülüb

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az