“Lamiyə işi” üzrə həbs olunan məhbus damarlarını doğrayıbbackend

“Lamiyə işi” üzrə həbs olunan məhbus damarlarını doğrayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İclasda ömürlük məhbusların bir sıra problemləri müzakirə olunub.

Vəkil Əsəbəli Mustafayev bildirib ki, Qarabağ partizanlarından Məmməd Məmmədovun saxlanma şəraiti çox ağırdır. Bununla bağlı Qobustan həbsxanasına, Ombudsman aparatına dəfələrlə müraciət edilməsinə baxmayaraq, heç bir tədbir görülməyib.
Müdafiə komitəsinin üzvü Müslümat Rzaxanova diqqəti ömürlük məhbus Vüqar Əliyevin məsələsinə cəlb edib. Vüqar Əliyev məşhur “Lamiyə Quliyeva işi” üzrə həbs olunub. Həmin iş ictimailəşdikdən, Lamiyə Quliyeva azadlığa çıxdıqdan sonra hamı tezliklə Vüqar Əliyevin də azad olunacağını gözləyirdi.

“Amma gözəgörünməz əl bu gün də onu həbsdə saxlayır, saxlanma şəraiti pisdir, işgəncələrə məruz qalır. Onun bu günlərdə bu haqsızlıqlara etiraz olaraq damarlarını doğraması və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsi məlum olub”.

Müdafiə Komitəsinin üzvləri bir sıra digər məsələləri də müzakirə ediblər. Xüsusi olaraq vurğulanıb ki, ömürlük məhbus Natiq Mirzəyev ağır xəstədir, xəstəliyinə uyğun olaraq müalicə almaq imkanından məhrumdur.

İnterpress.az