Bu barədə Ukrayna prezidenti Administrasiyasından məlumatlı mənbələr xəbər veriblər. Səfərin dəqiq tarixi hələlik məlum deyil, iki ölkənin protokol xidmətləri müvafiq məsləhətləşmələr aparırlar.
Bununla bağlı növbəti dəfə Ukraynaya Azərbaycan səfirinin təyinatı məsələsi aktuallaşır. Xatırladaq ki. iyun ayında Eynulla Mədətli bu vəzifədən geri çağırılmışdı və o vaxtdan bəri Azərbaycanın Ukraynadakı səfiri kreslosu boşdur.
Belə şəraitdə fakt kimi qələmə verilən şayiələr yaranır. Belə ki, Bakıda dərc olunan müxalif “Azadlıq” qəzeti Azərbaycanın Ukraynadakı səfiri vəzifəsinə namizədin müəyyənləşdirildiyini yazıb. Qəzetə görə, bu vəzifəni Slovaniyada Azərbaycanın müvəqqəti işlər vəkili Azər Xudiyev tutacaq.
“Azadlıq” iddia edir ki, müvafiq fərman ən yaxın zamanda dərc ediləcək.
Biz Ukraynadakı Azərbaycan səfirliyi ilə əlaqə saxladıq. Səfirlikdə A.Xudiyevin ölkəmizin Ukraynadakı səfiri vəzifəsinə təyinatı barədə məlumatlarının olmadığını bildirdilər.
Ümid etmək qalır ki, bu məsələ Ukrayna prezidenti Pyotr Poroşenkonun iyul ayında Bakıya rəsmi səfəri ilə əlaqədar ən yaxın vaxtda həllini tapacaq. (virtualaz.org)
İnterpress.az