Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici üzrə 71,3% artım qeydə alınıb.
Hesabat dövründə bu məhsulların ixracında isə azalma müşahidə olunub. İxrac ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə azalaraq 54,16 min dollar təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 31,78% azalaraq 6 381,409 mln. dollara enib. İdxal 18,19% azalaraq 3 331,438 mln. dollar, ixrac 42,26% azalaraq 3 049,971 mln. dollar olub.
Ticarət dövriyyəsinin cari ildə 281,466 mln. dollar mənfi saldosu yaranıb. Ötən ilin müvafiq dövründə isə ticarət dövriyyəsində 1 214,481 mln. dollarlıq müsbət saldo müşahidə olunub. (report)
İnterpress.az