Məlumata görə, bunu Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerlə görüşün nəticələrinə həsr olunmuş brifinqdə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov deyib.
Onun sözlərinə görə, Rusiya üçün Cənubi Qafqazda sabitlik çox vacibdir: \”Rusiya bizim yaxın qonşumuz və tərəfdaşımızdır\”.
E.Məmmədyarov qeyd edib ki, rəsmi Bakı Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqdakı görüşünü müsbət qiymətləndirir: \”Dağlıq Qarabağ ətrafında danışıqlar masasında müəyyən sənəd var, onun üzərində iş aparılır\”. (trend)
İnterpress.az