Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyi UNESCO çərçivəsində qeyd ediləcəkbackend

Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyi UNESCO çərçivəsində qeyd ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Azərbaycanın xarici işlər naziri Elmatr Məmmədyarov almaniyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayerlə görüşdən sonra keçirilən birgə mətbuat konfrasında deyib.

Nazir almanların Azərbaycanda ilk dəfə 1817-ci ildə məskunlaşdıqlarını bildirib.

\”Onlar hazırda da Azərbaycanın bəzi bölgələrində yaşayırlar. Gədəbəydə \”Siemens muzeyi\”nin bərpası barədə təklif var. Həmçinin təklif etmişik ki, Göygöldə almanlara məxsus ev muzeyi bərpa olunsun. Almaniya XİN-ə göndərdiyimiz məktubda müxtəlif məsələlər əksini tapıb. Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyini UNESCO çərçivəsində qeyd edəcəyik\”, – deyə E. Məmmədyarov vurğulayıb. (apa)

İnterpress.az