Bəzən deyilir ki, bu gün təhsil niyə ancaq bir qrup tələbə üçün pulsuzdur?backend

Bəzən deyilir ki, bu gün təhsil niyə ancaq bir qrup tələbə üçün pulsuzdur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heç kim xatırlamaq istəmir ki, sovet dövründə yalnız müəyyən sayda tələbə ali təhsil ala bilərdi. Həmin vaxt dövlət sifarişinə düşməyən şəxsin ali təhsil almaq hüququ yox idi. Amma bu gün liberallaşmaya gedirik”.

Məlumata görə, bunu Maarifçi Tələbə Kredit Fondunun ilk kreditlərini alan tələbələrə sertifikatların təqdim olunması mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, bu gün dövlət ehtiyac duyulan qədər mütəxəssis hazırlığını üzərinə götürür. Lakin ali təhsil almaq istəyənlərin sayı çoxdur: “Belə olduğu halda müəyyən göstəriciləri əldə edənlər dövlət hesabına, digərləri isə öz hesablarına təhsil alırlar. Biz bunu alqışlayırıq və ali təhsilin daha əlçatan olmasına çalışırıq”.

Dövlət sifarişinin formalaşmasının öz prinsipləri olduğunu xatırladan M.Cabbarov əlavə edib ki, dövlət ən yüksək akademik bal toplayan tələbələrin təhsil haqqını ödəyir: \”Bundan əlavə, dövlət bir sıra kateqoriyadan olan vətəndaşların da təhsil xərclərini öz üzərinə götürür\”. (trend)

İnterpress.az