Xəbər verilir ki, CNN telekanalında bir proqrama qatılan S.Hokinq bəşəriyyətin gələcək taleyi ilə bağlı növbəti bədbin proqnozunu verib. Onun sözlərinə görə, insanlığı elə insanlar məhv edəcəklər. Onların ağılsızlıqları və acgözlükləri bəşəriyyətin sonunu gətirəcək.
Onun fikrincə, dünyada gələcək illərdə ən təhlükəli iki proses baş verəcək. Birincisi, dünya əhalisinin sayı 2100-cü ilə qədər iki dəfə artacaq.
Bu isə qida və su çatışmazlığına səbəb olacaq. İkinci böyük problem isə ekolohi çirklənmədir. Bu ekoloji çirklənmə çox təəssüflər olsun ki, ildən-ilə daha da inkişaf edir.
Qeyd edək ki, Hokinq bundan əvvəlki çıxışında bəşəriyyət üçün ən böyük problemin süni düşüncənin məhsulu olan silahların hazırlanmasında görürdü. Bu dəfə isə o, anoloji problemi üçüncü sırada göstərib. (moderator.az)
İnterpress.az